Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb

Bakıda 7 000 manatlıq məişət əşyaları və heykəltəraşlıq avadanlıqları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şüvəlan qəsəbəsindəki evlərdən birinin həyətindəki saxlanc yerindən 7 000 manat dəyərində məişət əşyaları, heykəltəraşlıq avadanlıqları və təmir alətləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırm aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23