Bakıda 66 manatlıq viski oğurlamaq istəyən kişi tutuldu

Bakıda keçmiş məhkum oğurluğa cəhd edib.

“Report”un xəbərinə görə, hadisə fevralın 17-də, saat 15 radələrində, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 1969-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əlibala Bayramov Bakı şəhər sakini S.Nəsirovun işlədiyi şərab evindən 66 manat dəyərində viski oğurlamağa cəhd edib.

Bu zaman hadisə yerində olan Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Şöbəsi (PŞ) əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər