Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb

Bakıda arı sancması 62 yaşlı kişinin ölümünə səbəb olub.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Müşviqabad qəsəbəsində 1959-cu il təvəllüdlü Məmməd Bayramovu arı sancıb. O təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt araşdırılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02