Bakıda 6 gün əvvəl itkin düşmüş kişi tapılıb

Bakıda 6 gün əvvəl itkin düşmüş 50 yaşlı kişi tapılıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü F.Quliyev Sabunçu qəsəbəsində yaşadığı ünvandan saat 12 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Quliyev tapılaraq ailəsinə təhvil verilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14