Bakıda 58 yaşlı kişi özünü bıçaqlayıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Suraxanı rayonunda 58 yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib.

"Report"un xəbərində görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Abdulla Hüseynov yaşadığı evdə bədəninin bir neçə nahiyəsinə bıçaq zərbəsi vurub. Çoxlu qan itirən şəxs qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin ehtimala görə, A.Hüseynov özünə xəsarət yetirən zaman sərxoş vəziyyətdə olub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14