Bakıda 58 yaşlı kişi bıçaqlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda yaşlı kişi evdə naməlum şəraitdə bıçaqlanıb.

"Report"un məlumatına görə, hadisə Səbail rayonu, Qardaşlar küşəsində yerləşən fərdi yaşayış evində baş verib.

1960-ci il təvəllüdlü Əzimov Əli Rəfael oğluna evdə naməlum şəraitdə iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41