Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, avtomobil yolu keçən 1967-ci il təvəllüdlü Cəfərov Tehran Fərman oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol tərəfli qabırğaların sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.