Bakıda 56 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Qonşusu ilə mübahisə zəminində bıçaqlanan 1966-cı il təvəllüdlü Qurbanov Xanlar Kamal oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47