Bakıda 53 yaşlı kişi özünü bıçaqlayıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub.

"Report"un xəbərinə görə, hadisə Hövsan qəsəbəsi Çöllük küçəsi ev 3-də baş verib.

1963-cü il təvvəllüdlü Dadaşov Dadaş Həsən oğlu hələlik məlum olmayan səbəblərdən qarın və ürək nahiyələrinə bıçaq zərbəsi vurub. Daha sonra isə boğazını kəsib.

Ağır xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra D.Dadaşovun özünə 3 bıçaq zərbəsi vurduğu məlum olub. 

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırmalar aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14