Abşeronda 51 yaşlı kişi döyülərək öldürülüb

Bakı. 11 aprel. REPORT.AZ/ Abşeronda 51 yaşlı kişi döyülərək öldürülüb.

“Report”un xəbərinə görə, 1966-ci il təvəllüdlü Məmliyev Tapdıq Əzizağa oğlu naməlum şəxs tərəfindən döyülərək başından ağır zərbə alıb. 

T.Məmliyev aldığı zərbədən hadisəcə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48