Bakıda 51 yaşlı kişi bıçaqlanıb

Bakı. 18 may. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 3-cü mikrorayon dairəsi kimi tanınan ərazidə 1966-ci il təvəllüdlü İbrahimov Qalib Vaqif oğlu tanımadığı şəxslə mübahisə edib. O, mübahisə zamanı bıçaqlanıb. Q.İbrahimov aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37