Bakıda 50 yaşlı qadın dəm qazından boğularaq ölüb

Bakıda 50 yaşlı qadın dəm qazından boğularaq ölüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü İlahə Ağayeva hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56