Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Bakı. 31 may. REPORT.AZ/ Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbayel rayonu, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, "90-SU-592" dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26