Bakıda 47 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Ulduz" metrostansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, 1972-cil təvəllüdlü Bağırov Süleyman Nurəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub.

Digər xəbərlər