Bakıda 46 yaşlı kişi bıçaqlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda 46 yaşlı kişi bıçaqlanıb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunun Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1977-ci il təvəllüdlü Həmid Ümidov həmyerlisi 1971-ci il təvəllüdlü İlqar Bünyatovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 13 yanvar, 2026 / 14:51
Sumqayıtda silah-sursat tapılıb 13 yanvar, 2026 / 13:13