Bakıda 45 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə “Nizami” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Ağayev Mehman Əliabbas oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilməsi yarası diaqnozu qoyulub.

Digər xəbərlər