Qaradağ rayonunda avtomobil piyadanı vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Qızıldaş qəsəbəsində 1977-ci il təvəllüdlü Paşayev İqbal yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol aşıq baldır oynağının əziyi diaqnozu qoyulub.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30