Bakıda 41 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 41 yaşlı Nağıyev Niyaməddin Mirağa oğlu tanışı ilə mübahisə edərkən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər N.Nağıyevin vəziyyətini ağır qiymətləndirir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39