Bakıda 40 yaşlı kişi özünü asıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Həsənov Mehbalı Viləddin oğlu Balaxanı qəsəbəsindəki evində özünü asıb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39