Bakıda 4 yaşlı uşağın başına televizor düşüb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda 4 yaşlı uşağın başına televizor düşüb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb.

Belə ki, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü Qasımova Yağmur İzrail qızı oyun oynayarkən ehtiyatsızlıqdan otaqda olan televizor onun başına düşüb.

 Nəticədə Y.Qasımova ağır kəllə-beyin travması alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 Hadisənin dəqiq hansı motivdə baş verdiyi Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17