Bakıda 4 aylıq körpə ağır xəsarət aldı

Bakıda körpə ehtiyatsızlıq səbəbindən xəsarətlər alıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Bacısının qucağında olan 2019-cu il təvəllüdlü Yıldırım İbrahim Ayxan oğlu ehtiyatsızlıqdan döşəmənin üzərinə düşüb. Körpə dərhal xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Ramin Şahbazov

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48