Bakıda evlərin girişindən 3950 manatlıq velosiped oğurlanıb

Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47