Bakıda 39 yaşlı qadın yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə magistral yolun Qaradağ rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1982-ci il təvəllüdlü Allahverdiyeva Fatimə Yusif qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47