Bakıda 38 yaşlı kişi bıçaqlanıb

Bakı. 21 iyun. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Məmmədov Elnur Tahir oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı həmin şəxs E.Məmmədova bıçaq zərbəsi endirib.

E.Məmmədov xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

Azər Qasımlıya hökm oxunub 11 mart, 2026 / 16:27