Bakıda 37 yaşlı kişinin qarnına vintaçan batıb.
"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
1983-cü il təvəllüdlü Qənbərov Arif Elxan oğlu vintaçan (“otvyortka”-red) ilə ehtiyatsız davranaraq xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.