Bakıda 35 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb

Bakının Nizami rayonunda 1987-ci il təvəllüdlü Məmmədov Vasif Asif oğlunun ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında motosiklet yolu keçən V.Məmmədovu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər