Bakıda 35 yaşlı kişini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Muradzadə Ülvi Təzəxan oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

08:20

Avqustun 6-də saat 05 radələrində Xətai rayonu Məzahir Rüstəmov küçəsində 1988-ci il təvəllüdlü Bakı şəhər sakini Potapov Dimitri İqoyeviçin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması və orada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən edilib saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56