Bakıda 35 yaşlı kişi ayağından bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Nəzərli Ruslan Adil oğlu mübahisə zəminində bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45