Bakıda 35 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

Bakıda 35 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 23-də Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Suraxanı rayon sakini, 1984-cü il təvəllüdlü Elməddin Novruzov H.Zərdabi küçəsi 92-də idarə etdiyi “Hyundai Santafe” markalı, 90-RK-034 dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli avtomaşınla naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54