Bakıda 33 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb

Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda 33 yaşlı kişi özünü bıçaqlayaraq öldürüb.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Maştağa qəsəbəsində 1984-cü il təvəllüdlü Əliyev Qadir Xalid oğlu bıçaqla ürək nahiyəsinə xəsarət yetirib. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39