Bakıda 33 yaşlı kişi bıçaqlanıb

*** ilk xəbər saat 11:25-də yayımlanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, 1983-cü il təvəllüdlü Ceyhun Yarmətov yaşadığı General Mehmandarov küçəsi, ev 68 ünvanından çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ceyhun Yarmətova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaqda şübhəli bilinən həmyerlisi Elvan Mirəliyev tutulub.

Araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Cəlilabadda avtomobil yanıb 07 sentyabr, 2026 / 11:33
Şərurda minik avtomobili yanıb 07 sentyabr, 2026 / 10:34