Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Bölüyü əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü V.Cəfərov tutulub və 13-cü Polis Bölməsinə təhvil verilib.
V.Cəfərovun üzərindən 37,008 qram heroin, 3,794 qram metamfetamin və 3,375 qram tramadol aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.