Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində, İqtisad Universitetinin yataqxanasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Asəf Səhyəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Yaralıya sağ bazu nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. A.Tağıyev cərrahi əməliyyat edilib.
Ramin Şahbazov