Bakıda 30 yaşlı qadın bıçaq xəsarəti aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Məmmədli qəsəbəsində 1990-cı il təvəllüdlü Möhübbü Azər Zərnigar Adil qızı naməlum şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol qolun kəsilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56