Bakıda 30 yaşlı motosikletçini avtomobil vurub

Bakının Pirallahı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1993-cü il təvəllüdlü Novruzov Əbdül Aydın oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Ağır bədən xəsarətləri alan yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38