Bakıda 30 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

Bakı. 26 may. REPORT.AZ/ Bakıda 30 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Rəsulov Samir Rövşən oğlu paytaxtdakı iri ticarət mərkəzlərindən birinin qarşısında 2 nəfər tərəfindən döyülüb. O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14