Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Radiozavod" kimi tanınan ərazidə 1987-ci il təvəllüdlü Qəniyev İslam Natiq oğlu adı hələlik açıqlanmayan şəxs arasında mübahisə yaranıb. Nəticədə İ.Qəniyev həmin şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48