Bakıda 30 yaşlı gənc oğlan bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxt ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Xankişiyev Telman Əmirullah oğlu dava zamanı bıçaqlanıb. Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qarın boşluğunda daxilə nüfuz edən kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14