Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda 3 yaşlı uşaq üçüncü mərtəbədən yıxılıb.

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, N.Əliyev küçəsində yerləşən binanın 3-cü mərtəbəsində yaşayan 2014-cü il təvəllüdlü Bəydəmirli Rəvan Elşən oğlu nəzarətsiz qalaraq pəncərəni açıb və yerə yıxılıb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər uşağın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Digər xəbərlər

Zaqatalada zəlzələ olub 01 oktyabr, 2026 / 14:59