Bakıda 3 yaşlı körpəni avtomobil vurub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakıda 3 yaşlı körpəni maşın vurub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Əfəndiyev küçəsində yol kənarında hərəkət edən 2014-cü il təvəllüdlü Məmmədov Süleyman Rövşən oğlunu avtomobil vurub. Nəticədə o, xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər