Bakıda üç nəfər əcnəbini soydu

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş iyunun 9-da rayon ərazisində 3 nəfərin onu döyərək cibindən 1 000 manat pulunu götürməsini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Qəmbərzadə, A.MəlikovK.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26