Bakıda 3 evdən 60 min manatlıq oğurluq edilib

Bakıda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 30 000 ABŞ dolları pul və 9 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45