Bakıda 24 yaşlı gənc küçədə bıçaqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xudu Məmmədov küçəsində qeydə alınıb.

1993-cü il təvəllüdlü Abdiyev Elvin Məhəmməd oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45