Bakıda 23 yaşlı motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zığ şosesində 2001-ci il təvəllüdlü Sadıqov Anar Natiq oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan A.Sadıqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37