Bakıda 23 yaşlı gənc yol qəzasında xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 1999-cu il təvəllüdlü Əliyev Nahid İxtiyar oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı müxtəlif xəsarətlər alan motosikletçi təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Qəzanın təfərrüatı araşdırılır.