Bakıda 21 yaşlı gəncə iti alətlə xəsarət yetirilib

Bakıda gəncə xəsarət yetirilib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Quliyev Tural Sahib oğlu naməlum şəxs tərəfindən iti alətlə vurulub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Digər xəbərlər