Xətai rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb  

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2003-cü il təvəllüdlü Əliyev Əkbər Mirzə oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı Ə.Əliyev xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47