Bakıda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. 2001-ci il təvəllüdlü Abbasov Aydın Nəbi oğlu ona məxsus motosikletlə dayanmış vəziyyətdə olarkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər