Bakıda 20 yaşlı oğlan bıçaqlanıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Babayev Nurlan Natiq oğlu tanışı ilə dava edib.

Nəticədə onun ayağına iki bıçaq zərbəsi vurulub. Yaralı "təcili yardım" vasitəsilə xəstəxanaya aparılıb.

Nizami Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şəkidə 4 nəfəri çaqqal dişləyib 11 sentyabr, 2026 / 13:05