Paytaxtda 20 yaşlı gənc iki nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

Bakı. 8 iyul. REPORT.AZ/ Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Kazımağa Kərimov küçəsində 1997-ci il təvəllüdlü Zeynallı Kənan Əflatun oğlu iki nəfərlə mübahisə edib.

Nəticədə o, döyülərək üz və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkmiş xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Digər xəbərlər